20 İyun 2014 16:34
3 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regionun Şiə lideri Əli əs-Sistani şiələrə “səfərbər olun” çağırışını edib.

Teleqraf.com bildirir ki, İraqın baş naziri Nuri əl-Maliki İŞİD-ə qarşı mübarizədə könüllü olaraq vətənin müdafiəsinə qalxan gənclərin hər birinə maddi mükafat veriləcəyini açıqlayıb.

Belə ki, könüllülərin hər birinə 644 dollar maaş veriləcək. Ancaq könüllülərin çoxunun hərbi xidmətə yazılmalarına səbəb maddi maraqlar deyil, şiə dini lideri ayətulla Əli əs-Sistaninin səfərbərlik haqqında çağırışı təsir göstərib.

Türkiyənin İstanbul şəhərində İŞİD terror qruplaşmasına və Kərkükdə türkmənlərə edilən hücumlara qarşı etiraz aksiyası təşkil olunub.

İstanbul Universitetin önündə bir araya gələn fəallar, güclü yağış yağsa belə, Sultanəhməd meydanına qədər yürüyüb. Əllərində müxtəlif lövhələr tutan, Türkiyə, Azərbaycan, Türkmən bayraqları dalğalandıran etirazçılar “Kərkük Türkdür, Türk qalacaq” şüarları səsləndirib.

İŞİD silahlıları tərəfindən qaçırılan 80-ə yaxın türk diplomatı və sürücülərinin taleyi isə hələ də məlum deyil. /ANS PRESS/


Müəllif: