15 Oktyabr 2017 01:57
1 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış yazıçı Əlif Şəfəq hər kəsi şoka salan açıqlama verib.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Şəfəq biseksual olduğunu, amma indiyədək bu haqda danışmağa cəsarəti çatmadığınıbildirib: "Təbii ki, yazar olaraq hər zaman hekayələr ardınca qaçırıq. Amma eyni zamanda susqunluqlar, haqqında danışa bilmədiyimiz şeylər, siyası, mədəni tabularımız və öz səssizliyimiz də var. Mən həmişə azlıqların haqqları, qadın haqqları, LGBT haqqları mövzusunda yüksək səslə açıq danışan və bu haqda ətraflı yazan biri olmuşam. Amma bu mövzuda danışmaq haqqında düşündüyüm zaman söhbətin ardınca başlanacaq məsxərə, nifrət mövzusu olmaqdan qorxduğum üçün heç zaman özümün biseksual olduğumu açıq şəkildə danışmağa cəsarətim olmadığının fərqinə vardım. Amma heç kim durumun mürəkkəbliyi, ardınca nə danışılacaq deyə səssiz qalmamalıdır".
Əlif Şəfəq 25 oktyabr 1971-ci ildə atasının həkim kimi çalışdığı Strasburqda dünyaya gəlib. Atası sosial psixoloq və akademik Nuri Bilgin, anası diplomat Şəfəq Ataymandır. Anadan olduqdan az sonra onun valideynləri ayrılıb, Şəfəqi anası böyüdüb. Yazıçı anasının adını özünə soyad seçib.

Orta məktəbi anasının çalışdığı Madriddə, daha sonra isə Ankara Atatürk Anadolu lisəsində oxuyub. Oranı bitirdikdən sonra ODTÜ-nün beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. Yüksək təhsilini də eyni universitetin Qadın çalışmaları fakültəsində alıb. Ardınca siyasət fakültəsində doktoranturanı başa vurub. Yazdığı elmi işlərlə yanaşı onun qadin və mistisizm haqqındakı dissertasiyası Sosial Elmlər Assosiasiyası tərəfindən mükafatlandırılıb.

Bunlarla yanaşı o, "Kəm gözlərə Anadolu" adlı kitabını və "Pünhan" adlı ilk romanını yazıb. Bu əsəri Kombassan Vəqfi "Mövlana Böyük ödülü" ilə müküfütlandırıb.

Doktoranturanın ardınca Şəfəq İstanbula köçüb və "Şəhərin aynaları"nı yazıb. Bir müddət İstanbul Bilgi Üniversitetində "Türkiyə və mədəni kimliklər", "Qadın və ədəbiyyat" mövzularında dərs deyib.

2000 ildəTürkiyə Yazarlar Birliyi Mükafatını qazanan "Məhrəm" romanı ilə geniş oxucu kəsimi tərəfindən tanınıb. Ardınca onu bir az daha şöhrətləndirən "Bit Palas" (2002) və ingiliscə yazdığı “Araf” (2004) adlı kitabları işıq üzü görüb.

Daha sonra ABŞ-a gedən yazar müxtəlif universitetlərdə dərslər deyib.


Müəllif: Nihad