14 Oktyabr 2019 19:40
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı şair Aysel Ateş Abdullazadənin Türkiyə türkcəsində qələmə aldığı “Tanıdığımız yad” (“En Tanıdık Yabancı”) adlı kitabı çap olunub.

Teleqraf.com xəbər verir ki, yazarın ilk kitabı şeirlər toplusu olsa da, bu onun ilk nəsr əsəridir.

Romanda sadə danışıq dilinin düşüncə dilinə təsiri əks olunub və əsərdə baş verənlər gerçək həyatdan götürülüb.

Hadisələrin Türkiyənin Antalya şəhərində - Aralıq dənizi sahillərində yaşayan bir qadının həyatından bəhs edir.

Əsər “Tropikal Kitab” nəşriyyatı tərəfindən çap olunub. Kitabın redaktoru Serpil Topaldır.

Aysel Ateş Abdullazadənin ilk kitabı (“Günəşin düşmədiyi otaqlar”) 2016-cı ildə Azərbaycanda nəşr olunub.


Müəllif: Mənsur Rəğbətoğlu