31 Avqust 2021 11:44
2 619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair-jurnalist Əhməd Oğuz bu gün vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Əhməd Oğuz 1961-ci il noyabrın 13-də Qərbi Azərbaycanda anadan olub. İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakültəsini bitirib.

"Xəzər" jurnalında, "Oğuz eli" qəzetində işləyib.

Azərbaycan Radio və Televiziya Verilişləri Şirkətində radio xalq yaradıcılığı baş redaksiyasında söz şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Ötən əsrin 80-ci illərinin əvvəllərindən "Ulduz", "Azərbaycan" jurnallarında, "Ədəbiyyat və incəsənət" qəzetində müntəzəm çap olunub.

1998-ci ildə ilk şeirlər kitabı "Hara gedirsiniz, dağlar?" nəşr edilib.


Müəllif: Teleqraf.com