Müharibə zamanı itkin düşmüş erməni hərbçilərinin valideynləri Eçmiədzindəki hərbi hissənin qarşısında etiraz aksiyası keçirir.
Teleqraf.com xəbər verir ki, aksiya keçirənlər bildiriblər ki, onlar Müdafiə Nazirliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsində olublar.
Eyni zamanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşərək müzakirələr aparıblar.
Valideynlərdən biri qeyd edib ki, bu görüşlərin heç bir nəticəsi olmayıb: “Nikol Paşinyan bildirdi ki, beş bölgə bizim üçün əlçatmazdır, çünki ora Azərbaycan əraziləridir. Əlavə etdi ki, Qırmızı Xaç Komitəsi hələlik əməkdaşlıq qura bilməyib, indiki halda gözləmək lazımdır”.
İtkin düşən əsgərlərin anası əlavə edib ki, onların övladları əvvəl Ermənistanın Qafan şəhərində olub: “Ancaq kiminsə əmri ilə Zəngilana aparıldıqları bəlli deyil”.