Ermənistanda apteklərdə insanların sağlamlığı üçün ən çox tələb olunan və ən vacib dərmanların qiymətləri artıb. Hər bir həb 15-20 dram bahalaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
Qəzetin verdiyi məlumata görə, Ermənistanda demək olar ki, bütün apteklərdə bir neçə gündür zəruri dərmanlar (qan təzyiqi, ürək-damar xəstəlikləri və s.) artırılmış qiymətə satılır:
“Məsələn, “Kardiomaqnil” dərman paketinin qiyməti artdı, 2100 dramdan 2300 dram olub. 235 dramdan satılan “Tripliksam”ın həbinin qiyməti 250 dram, “Konkor”un bir həbinin isə 58 dramdan 60 drama qədər artırılıb. 150 dramdan olan “Prestans” dərmanının bir həbi 165 dram olub.
Apteklərin işçilərinin dediklərinə görə, bahalaşma səbəbi əsasən dərmanların idxal olması və dolların məzənnəsinin kəskin artmasıdır. Bu dərmanların bahalaşması Ermənistanın hakimiyyət orqanlarının narahatlığına səbəb olub. Xüsusən Səhiyyə Nazirliyi narazılığı bir qədər də artıran bu hallara qarşı boş yerə oturmamalıdır”.