Ermənistandan Rusiyanın müxtəlif şəhərlərinə təyyarə biletlərinin qiyməti kəskin bahalaşıb.
Axar.az xəbər verir ki, “Ermənistan” şirkətinin baş direktor müavini Gevorq Xaçatryan bunu aviabiletlərə olan kəskin tələblə izah edib.
Belə ki, 1 fevraldan Rusiya Ermənistan vətəndaşları üçün sərhədlərini açıb. Ermənilər artıq koronavirus testinin mənfi nəticəsi barədə sənəd təqdim etməklə, ölkədən gedə bilərlər. Uzun müddətdir həm psixoloji, həm də maddi baxımdan gərginlik içində olan ermənilər isə bu fürsətdən maksimum bəhrələnmək istəyirlər.
Xaçatryanın sözlərinə görə, aeroportun yükü artıq 100 faizdir:
“Ucuz biletlər (329 dollarlıq) dərhal satılıb qurtarıb, hazırda ancaq biznes-klass qalıb. Bir biletin qiyməti isə 600 dollaradır”.
Erməni mediası hazırda ən ucuz aviaşirkətlərdə Moskvaya birtərəfli biletin 346 dollar olduğunu yazıb. Buna baxmayaraq, Moskvaya birbaşa reyslərdə artıq bütün biletlər satılıb, qalanlar yalnız Rostov-Dondandır.
3 martdan isə Moskvaya birtərəfli bileti 151 dolara sifariş etmək olar. Sadəcə, ermənilər mümkün qədər tez ölkədən getməyə tələsirlər, həmçinin o vaxta qədər sərhədin bağlanmayacağına da zəmanət yoxdur.