25 Fevral 2021 15:56
5 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan və Pakistan Kəşmir sərhədlərində atəşkəsə, bütün anlaşmalar və müqavilələrə mütləq əməl edilməsinə dair razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, Hindistan və Pakistan tərəfindən verilən birgə açıqlamada iki ölkənin nəzarətindəki bölgələri bir-birindən ayıran təmas xəttindəki qarşıdurmaların qarşısını almaq üçün danışıqların aparıldığı bildirilib.

Açıqlamada tərəflərin təmas xəttində və digər ərazilərdəki vəziyyəti qiymətləndirdikləri, mövcud problem və narahatlıqlarının həlli ilə bağlı fikir birliyinə gəldikləri qeyd edilib: “Hər iki tərəf fevralın 24-dən 25-nə keçən gecədən etibarən təmas xətti və digər bölgələrdə atəşkəsə, bütün müqavilə və anlaşmalara mütləq şəkildə riayət edilməsinə dair razılığa gəldi”.

Bəyanatda sərhəddə baş verə biləcək problemlərin qarşısını almaq üçün “Təcili rabitə xətti”nin yaradılması üçün danışıqların aparıldığı qeyd edilib.

Nüvə silahı olan hər iki ölkə 1947-ci ildə İngiltərə müstəmləkəçiliyindən qurtulduqdan bəri Kəşmir bölgəsindəki suverenlik mübahisəsi üzündən üç dəfə müharibə vəziyyətində olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər