Rusiya Xarici İşlər Nazirliyi Ermənistandakı mövcud vəziyyəti RİA-Novosti-yə şərh edərkən bunu respublikanın daxili işi adlandırıb.
Teleqraf.com xəbər verir ki, agentlik Rusiya Xarici İşlər Nazirliyindən hadisələrə münasibət bildirməyi xahiş edib.
Nazirlikdən bunun “Ermənistanın daxili işi” olduğu bildirilib. Rusiya XİN deyilənlərə hər hansı detal əlavə etməyib.