Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən bir qrup etirazçı hökumət binasına daxil olub.
Teleqraf.com xəbər verir ki, etirazçılar dövlət qurumlarının əməkdaşlarını Nikol Paşinyanın elan etdiyi mitinqdə iştirak etməməyə çağırıb.
Etirazçılar hökumət əleyhinə şüar səsləndirəndən sonra binanı tərk edib.
Həmin binada bir neçə nazirliyin ofisi yerləşir.
Xatırladaq ki, N.Paşinyan bu günə öz tərəfdarlarını mitinqə çıxmağa çağırıb.