11 Mart 2021 13:59
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Armen Sərkisyan silahlı qüvvələrin yeni baş qərargah rəisinin təyin olunması ilə bağlı vəsatəti imzalamayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərkisyan vəsatəti öz iradlarını əlavə etməklə baş nazir Nikol Paşinyana geri göndərib.

Xatırladaq ki, ötən gün Paşinyan Artak Davtyanın baş qərargah rəisi vəzifəsinə təyin olunduğunu elan etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər