8 Aprel 2021 16:36
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Köçəryan Baş nazir Nikol Paşinyana qarşı iddia qaldırıb.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, iddia aprelin 7-də qaldırılıb.

İddiaya İrəvan şəhər məhkəməsinin hakimi Artur Mkrtçıyan baxacaq.

İddia martın 1-də Paşinyanın Respublika meydanında keçirdiyi mitinq zamanı səsləndirdiyi fikirlərə əsaslanır.

İddiaçı ədalətli məhkəmə araşdırması hüququnun pozulmasının təsbit edilməsi, pozuntu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsi, iddiaçıya qarşı irəli sürülən ifadələrin açıq şəkildə təkzib edilməsi, mənəvi ziyanın ödənilməsini tələb edir.

Vəkillər deyiblər ki, Paşinyanın ifadələrinin böhtan kimi tanınması, Köçəryanın günahsızlıq prezumpsiyasının pozulmasının təsdiq edilməsi ilə yanaşı 4 milyon dram kompensasiya da istəyirlər.


Müəllif: Cavad