Ermənistanın KTMT-nin işində iştirak etməməsi qurumun effektivliyinə heç bir şəkildə təsir göstərmir.
Teleqraf.com xəbər verir ki, bu barədə KTMT baş katibi İmanqali Tasmaqambetov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistanla KTMT arasında mövcud münasibətlər İrəvanın qərarı ilə formalaşıb:
“Amma Ermənistanın qurumda müzakirə olunan məsələlərdə iştirak etməməsi işimizin səmərəliliyinə təsir etmir. İstənilən halda biz ondan çıxış edirik ki, Ermənistan bizim müttəfiqimizdir və onun qarşısında bütün öhdəliklərimizə əməl olunur. Ermənistan istənilən vaxt təşkilatın işində tam iştiraka qayıda bilər. KTMT üzvləri tərəfindən heç bir etiraz və maneə yoxdur.
Ümid edirik ki, bir müddət sonra Ermənistan bizim təşkilatın işinə qoşulacaq”.
Xatırladaq ki, Ermənistan 2024-cü il fevralın 23-dən KTMT-də iştirakını dayandırıb.