Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) qulluq mövqeyindən sui-istifadə edərək çağırışçını ordudan azad edən Müdafiə Nazirliyinin əməkdaşını həbs edib.
Teleqraf.com xəbər verir ki, MTX-nin məlumatına görə, Ermənistan vətəndaşı R.K. hərbi xidmətdən iki dəfə möhlət alıb. Üçüncü dəfə (xidmətlə əlaqədar sağlamlıq problemlərinin olmamasına baxmayaraq) yenidən Müdafiə Nazirliyindəki qohumu X.D.-yə müraciət edib.
Həmin şəxs 3000 dollar müqabilində məsələni həll etməyə razılaşıb.
20 aprel 2021-ci ildə Müdafiə Nazirliyinin zabiti ona üçüncü şəxs vasitəsilə 3000 dollar köçürüldükdən sonra həbs olunub. İşə qarışan digər şəxslər də MTX-yə gətirilib.