Ermənistanın Kentron bölgəsinin icra başçısının müavini Armen Azizyan və icra strukturunun idarə rəisi Manvel Marqaryan həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu bildirib.
Qeyd edilib ki, Armen Azizyana qarşı 309-cu maddə ilə cinayət işi qaldırılıb. Böyük bir bölgəyə rəhbərlik edən Azizyan vəzifə səlahiyyətlərini aşmaqda zorakılıqda, silah və xüsusi vasitələrdən istifadə etməkdə ittiham edilir. Manvel Marqaryan isə xuliqanlıq ittihamı ilə saxlanılıb.