İyunun 20-də Ermənistana keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri Konstitusiya Məhkəməsinin qərarı ilə təsdiqlənib.
Teleqraf.com-un məlumaına görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan açıqlama verib.
Paşinyan eks-prezidentlər Serj Sərkisyan və Robert Köçəryanın “Mənim şərəfim var” və “Ermənistan” bloklarının parlamentə seçilmələri münasibətilə təbrik edib.
O, rəqiblərini şiddət və nifrətin təbliğinə yol verməməyə, qarşılıqlı hörmət və dialoqa çağırıb.
Xatırladaq ki, seçkilərin nəticələrindən sonra Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 71, “Ermənistan” bloku 29, “Mənim şərəfim var” bloku 7 mandat alıb.