Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 5-də İran İslam Respublikasına işgüzar səfər edəcək.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində Nikol Paşinyan İranın yeni seçilən Prezidenti İbrahim Rəisi ilə görüşəcək. O, bundan sonra İran Prezidentinin andiçmə mərasiminə qatılacaq.
Qeyd edək ki, İranın yeni seçilmiş Prezidentinin mandatının təsdiqlənməsi mərasimi avqustun 3-də İmam Xomeyni məscidində İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin iştirakı ilə keçirilib. Bununla da İbrahim Rəisi səlahiyyətlərinin icrasına başlayıb. O, avqustun 5-də and içəcək.