Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə 44 günlük müharibədə ölən hərbçilərlə əlaqədar 21 sentyabrda Respublika meydanında tədbir keçiriləcək. Bu qərar ciddi narazılıqla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, öldürülən hərbçilərin bir çoxunun yaxın qohumu buna etirazını ifadə edib.
Hərbçilərin yaxınları Nikol Paşinyanın bu açıqlamasını tənqid edərək, ondan belə bir tədbirin keçirilməsini ləğv etməsini istəyib.
Erməni mediası bildirir ki, tədbirin keçirilməməsi üçün flaşmob təşkil edilib.