13 Sentyabr 2021 16:55
53 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Gorus-Qafan yolunun ölkəmizin ərazisindən keçən hissəsində polis postu qurması Ermənistanda narazılıqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, bundan qorxuya düşən ermənilər Ermənistan rəhbərliyindən hesabat istəməyə başlayıb.

Ermənistan parlamentinin spikeri Alen Simonyan bu ölkənin milli təhlükəsizlik xidmətinin direktorunu, baş prokuroru, habelə xarici işlər və müdafiə nazirlərinin məsələni aydınlaşdırmaq üçün Milli Məclisə çağrılmaq ehtimalını istisna etməyib.

Simonyan “Ermənistan” blokunun parlament fraksiyasının sədri Artsvik Minasyanın müvafiq sualına cavabında bunları deyib.

Minasyan artıq Azərbaycanın Qafan-Gorus yolunda Ermənistan vətəndaşlarına şərt qoyduğunu, gömrük rüsumu almağa başladığını iddia edib.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti sentyabrın 12-dən etibarən, 30 illik işğaldan sonra Azərbaycanın nəzarətini bərpa etdiyi Gorus-Qafan yolunun Eyvazlı kəndindən keçən hissəsində İran dövlət nömrə nişanlı yük maşınları və sürücülərinin sənədlərini yoxlamağa başlaması haqda məlumat yayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər