27 Yanvar 2022 12:33
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Erməni ordusunun yaranmasının 30-cu ildönümü münasibətilə baş tutmalı olan təntənəli rəsmi qəbul təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb.

Erməni ordu gününün təxirə düşməsinə səbəb kimi Ermənistan Silahlı Qüvvələrin bir çox yüksək rütbəli nümayəndələrinin, o cümlədən Baş qərargah rəisi Artak Davtyanın koronavirusa yoluxması göstərilir.

Qeyd edilir ki, erməni ordusunun yaranmasının 30 illiyinə həsr olunan qəbul Dvin mehmanxana kompleksinin böyük zalında keçirilməli idi.

Son günlər Ermənistanda gündəlik COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunur. Baş nazir Nikol Paşinyan da koronavirusa yoluxub.


Müəllif: Nemət

Oxşar xəbərlər