21 İyun 2022 13:56
1 697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun istefada olan generalı Seyran Saroyanın səhhəti pisləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“General Seyran Saroyanın səhhəti pisləşib, bu yaxınlarda yenidən xaricə, bu dəfə Belarusa aparılıb. Saroyan artıq yeriyə bilmir, yalnız əlil arabasında hərəkət edir”, - qəzet yazıb.

Saroyanın ayaqlarında damar probleminin olduğu, son illərdə mütəmadi olaraq xaricdə müalicə aldığı bildirilib:

“Son zamanlar damar problemlərindən başqa, səhhəti ilə bağlı digər problemlər də yaranıb”.

Qeyd edək ki, Seyran Saroyan Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının iştirakçılarından və müəlliflərindən biridir.


Müəllif: Mənsur Rəğbətoğlu