Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-24-də keçiriləcək BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb.
Teleqraf.com xəbər verir ki, səfər zamanı Nikol Paşinyanın müxtəlif dövlətlər və beynəlxalq təşkilatlardan olan tərəfdaşları ilə görüşləri nəzərdə tutulub.
Paşinyanın BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edəcəyi gözlənilir.