Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın zaminə buraxılması ilə bağlı vəsatətə baxılıb.
Teleqraf.com xəbər verir ki, onun vəkili Sergey Ovannisyan bildirib ki, Antikorrupsiya məhkəməsi vəsatəti təmin etməyərək, müvəkkilinin həbsdə qalmasına qərar verib.
Qeyd edək ki, müdafiə tərəfi həbs qətimkan tədbirinin dəyişdirilməsi müqabilində sabiq nazirin evinin girov qoyulmasını təklif edib.
David Tonoyan bir neçə yüksək rütbəli zabitlə birlikdə 4,6 milyon dollar dəyərində yararsız aviasiya raketlərinin alınmasında ittiham olunur.