“Ermənistan Türkiyəyə yardım göstərməyə hazırdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Türkiyə və Suriyada baş verən və çox sayda insan tələfatı ilə nəticələnən dağıdıcı zəlzələ xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ermənistan yardım göstərməyə hazırdır”, - baş nazir bildirib.