Ermənistan həmişə özünü MDB ölkələrinə tərəfdaş kimi aparmır.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko MDB-nin Bişkek sammitində deyib.
“Qərb bu günə qədər bizi baltalamağa, zəiflətməyə və öz maraqlarına tabe etməyə cəhd göstərməkdə davam edir. Birincisi, Gürcüstan bizim birlikdən çıxdı, de-fakto Ukrayna bizimlə deyil. Moldova ilə bağlı böyük suallar var. Təəssüf ki, Ermənistan həmişə özünü tərəfdaş kimi aparmır”, - Belarus lideri bildirib.
Lukaşenko vurğulayıb ki, bunu kənardan sakit müşahidə etmək olmaz, əks halda birlik parça-parça olacaq:
“Vaxtilə üzərimizə atılan bütün köhnə münaqişələr qaçılmaz olaraq çox acınacaqlı nəticələrlə yenidən gündəmə gəlir. Tanrıya şükürlər olsun ki, bu münaqişələrin bəzilərinin öhdəsindən uğurla gəlinib”.