30 Yanvar 12:44
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qərblə müstəqil oyunundan narahat olmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşrin iddiasına görə, Paşinyan qarşıya qoyulan planları yerinə yetirməsə, Qriqoryanla əvəzlənəcək:

“Qriqoryanla hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri arasında münasibətlər gərgin inamsızlıq sferasına daxil olub. Artıq partiyada qərbyönlü komanda yoldaşlarına isti münasibət yoxdur. Qriqoryan vaxtilə bu komandadan ayrılsa da, yenidən geri dönmüşdü.

Hər kəs Armen Qriqoryanın Qərb tərəfindən “Vətəndaş Müqaviləsi” üzvləri arasından seçildiyini, hətta Nikol Paşinyanın varisi hesab edildiyini görür. Əgər Paşinyan Qərbin tələblərini yerinə yetirməsə, müqavilə (Azərbaycanla sülh – red.) imzalamaqdan imtina etsə və Rusiyaya qarşı aydın siyasət yürütməsə, o zaman bu planları tərəddüd etmədən və məmnuniyyətlə həyata keçirəcək Qriqoryanla əvəzlənməsi istisna edilmir.

Hakim partiya daxilində gedən müzakirələrində deyilir ki, Paşinyan əvvəlcə bunu ciddi qəbul etmirdisə, indi Armen Qriqoryanın Qərblə müstəqil oyunu onu narahat etməyə başlayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər