26 Mart 15:16
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim qiymətləndirməmizə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirməyib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın “Katimerini” nəşrinə müsahibəsində deyib.

“Biz KTMT-də iştirakımızı mahiyyətcə dondurmuşuq. 2023-cü ilin sentyabrından bu günə kimi bu qurumda daimi nümayəndəmiz yoxdur. KTMT-nin yüksək səviyyəli tədbirlərində iştirak etmirik. Biz KTMT-nin qərarlarına mane olmuruq, lakin onlarda iştirak da etmirik”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan bütün tərəfdaşları ilə qarşılıqlı faydalı münasibətlərin qurulmasına və inkişafına açıqdır və regionda sabit və davamlı sülhün bərqərar olması ilə bağlı aydın mövqeyə malikdir və təhlükəsizliklə bağlı əlaqələri şaxələndirir.


Müəllif: Teleqraf.com