27 Mart 16:26
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması məsələsi həll olunub, İrəvan və Moskva artıq bu məsələni müzakirə etmir. Bu, artıq Ermənistan üçün qərarlaşdırılmış mövzudur, məncə, heç bir müzakirə aparılmır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Bu, qurumlarası saziş idi, məqsədi həmin ərazidə erməni sərhədçilərinə kömək etmək, onların yükünü yüngülləşdirmək idi. Artıq bu yükü yüngülləşdirməyə ehtiyac yoxdur. Bildirdik ki, sağ olun, kömək etdiniz, amma indi belə bir köməyə ehtiyacımız yoxdur”, - spiker bildirib.

Rusiya sərhədçilərinin sözügedən hava limanından avqustun 1-dək çıxacaqları açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu