28 Mart 18:13
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbi bazası buradan çıxanda Ermənistanla heç kim (Qərb) maraqlanmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, general Arşak Karapetyan deyib.

Onun sözlərinə görə, bütün dövlətlərin Ermənistanda nəzərə aldığı bircə real faktor qalıb, o da Rusiya hərbçiləridir.

Karapetyan Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının Ermənistan-Türkiyə sərhədini qoruduğunu da vurğulayıb.

“Rusiya hərbi bazası buradan çıxanda Ermənistanla heç kim maraqlanmayacaq. İndi 102-ci hərbi baza Ermənistandan çıxarılsa, Ermənistan-Türkiyə sərhədini qoruyan sərhədçilər də onlarla birlikdə gedəcək. Çünki həmin struktur əməliyyat dəstəyi olmadan qala bilməz”, - keçmiş müdafiə naziri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu