Erməni icmasının nümayəndələri Türkiyə parlamentinin üzvü Karo Paylanı Los-Ancelesin Burbank şəhərindəki Qevondats kilsəsindən qovublar.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Paylanı Los-Ancelesdə Ermənistan Baş naziri Nikol Paşinyanın qatı dəstəkçilərindən “Hnçakyan” Partiyasından Mihran Xaçaturyanın müşayiət etdiyi bildirilib.
Los-Ancelesin erməni icmasının nümayəndələri Paylanı “əclaf, türk, satqın, Ərdoğanın köpəyi” adlandırıblar.
“Türk” ifadəsinin ermənilər arasında təhqir anlamında işlədilməsi ilk hal deyil. Ermənistan parlamentinin müxalif deputatları tez-tez Paşinyanı “təhqir” etmək üçün bu sözdən istifadə edirlər. Türk düşmənçiliyi ermənilər arasında o qədər kök salıb ki, deputatları Akop Aslanyan ötən aylarda publik şəkildə bədnam millətinin dillər əzbəri olan “ən yaxşı türk ölü türkdür” skandalını dilinə gətirməkdən çəkinməmişdi. Bu, bir daha bu xalqın – qətliamlar, soyqırımılar törətmiş ermənilərin sülhdən nə qədər uzaq olduğunu göstərir.
Karo Paylana gəlincə, bu erməni əsilli şəxs PKK terror təşkilatının siyasi qanadı HDP-nin üzvüdür. Yəni ermənilər onu nə qədər düşmən sayırlarsa, Paylan da o qədər türklərin “dost”udur.