27 İyun 16:16
3 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə, diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, Türkiyə tərəfi ilə dialoq nəticəsində tam nizamlanmaya doğru addımlarla bağlı aydın razılaşmalar əldə olunub.

“Söhbət təkcə üçüncü ölkələrdən yox, həm də diplomatik pasportlara malik Ermənistan və Türkiyə vətəndaşlarından gedir. Hesab edirəm ki, razılaşmaları həyata keçirməyin və onların necə reallığa çevrildiyini görməyin vaxtı çatıb”, - Mirzoyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər