28 Aprel 2019 15:59
3 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula 1 SOCAR Azərbaycan Qran Prisinin açılış mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisinin açılış mərasimi Azərbaycan himninin oxunması ilə başlayıb. Himnimiz Bəyimxanım Vəliyeva və Nurlan Növrəslinin ifasında səsləndirilib.

***

Aprelin 28-də Bakıda Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi başlayıb.

Teleqraf.com-un məlumatına görə, açılış mərasimi və pilotların paradından sonra Formula 1-in əsas yarışına start veriləcək.

Start xəttində birinci mövqedə “Merdeces”in pilotu Valtteri Bottas, ikinci - “Merdeces”in digər pilotu Lyuis Hemilton ikinci, üçüncü sırada isə “Ferrari” təmsilçisi Sebastian Fettel dayanacaq. Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışır:

1.Valtteri Bottas (“Mercedes”)
2. Lyuis Hemilton (“Mercedes”)
3. Sebastian Fettel (“Ferrari”)
4. Maks Ferstappen (“Red Bull Racing Honda”)
5. Serxio Peres ("Racing Point BWT Mercedes")
6. Daniil Kvyat ("Scuderia Toro Rosso Honda")
7. Lando Norris ("McLaren Renault")
8. Şarl Lekler (“Ferrari”)
9. Karlos Sayns ("McLaren Renault")
10. Daniel Rikkardo ("Renault")
11. Aleksander Albon ("Scuderia Toro Rosso Honda")
12. Kevin Maqnussen ("Haas Ferrari")
13. Lans Stroll ("Racing Point BWT Mercedes")
14. Romen Qrojan ("Haas Ferrari")
15. Niko Hulkenberq ("Renault")
16. Corc Rassel ("Williams Mercedes")
17. Antonio Covinatsi ("Alfa Romeo Racing Ferrari")
18. Kimi Raikkonen ("Alfa Romeo Racing Ferrari")
19. Robert Kubitsa ("Williams Mercedes")
20. Pyer Qasli (“Red Bull Racing Honda”)

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.

Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.


Müəllif: Teleqraf.com