15 Sentyabr 09:47
321
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Alpin" pilotu Pyer Qasli Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində cəzalandırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Qərarı Beynəlxalq Avtomobil Federasiyasının stüardları qəbul ediblər.

Bildirilib ki, sürücünün bolidi sıralama turunda icazə verilən yanacaq sərfiyyatını aşıb.

O, bu səbəbdən diskvalifikasiya olunub.

Qasli sıralama turunda 13-cü yeri tutsa da, əsas yarışa sonuncu-20-ci pillədə start verəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin əsas yarışı saat 15:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər