15 Sentyabr 12:58
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

Teleqraf.com xəbər verir ki, "Trident" komandasından Rixard Versxor bütün rəqiblərini qabaqlayıb.

"Art Grand Prix"dən Viktor Martins ikinci, "Prema Racing"dən Andrea Kimi Antonelli üçüncü yeri tutub.

***

11.53

Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.

Teleqraf.com xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır.

Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə "Van Amersfoort" komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə "Trident"də çıxış edən niderlandlı sürücü Rixard Versxor finişə hamıdan tez çatmışdı.

Ötən gün təşkil olunmuş sprint yarışında isə ən yaxşı nəticəni "PHM AIX Racing" komandasının paraqvaylı pilotu Yosua Dürksen göstərmişdi.

Bu gün, həmçinin saat 15:00-da Formula 1-də əsas yarış başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər