29 İyul 2023 23:45
2 880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikada keçirilən Formula 1 üzrə dünya çempionatında “Red Bull” komandasını təmsil edən pilot Maks Ferstappen sprint yarışının qalibi olub.

Teleqraf.com xəbər verir ki, II yeri “Maklaren” komandasının pilotu Oskar Piasti, III yeri “Alpin” komandasından Pyer Qasli tutub.

Sprint yarışının startı güclü yağış səbəbindən bir saat gecikib. Döngələrin sayı 15-dən 11-ə endirilib.


Müəllif: Teleqraf.com