Mixael Şumaxer və Fernando Alonso “Formula 1” tarixinin ən nüfuzlu pilotları seçiliblər.
Teleqraf.com xəbər verir ki, araşdırma “Formula 1 dünyasında ən nüfuzlu beş fiqur” adı altında aparılıb.
Sürücülərlə yanaşı, trekdən kənarda F1 tarixinə təsir etmiş personajlar da “beşliy”ə düşüblər. Şumaxer və Alonsodan başqa, “Formula 1”in sabiq rəhbəri Berni Ekklstoun, “Benetton” və “Renault”nun keçmiş rəhbəri Flavio Briatore və 1985-1993-cü illərdə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti olmuş Jan-Mari Balestrin də siyahıda var.
Fernando Alonso saf sürəti, parlaq şəxsiyyəti, 2007-ci ildə “McLaren”in heyətində Lyuis Hemiltonla rəqabəti, Mixael Şumaxer isə 7 titul qazanması, mübahisəli 1994-cü il mövsümü, “Ferrari”dəki üstünlüyü, detallara və fiziki hazırlığa diqqəti ilə digərlərindən fərqləndirilib.