Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb.
Teleqraf.com xəbər verir ki, "McLaren" pilotu Oskar Piastriyə kubok təqdim edilib.
"Ferrari"dən Şarl Lekler ikinci, "Mercedes"dən Corc Rassel üçüncü yeri tutub.
Mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem veriblər.