6 İyul 2021 09:23
4 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula 1 üzrə Avstraliya Qran Prisi 2021-ci il mövsümündə koronavirus pandemiyası səbəbindən ləğv ediləcək.

Teleqraf.com xəbər verir ki, yarışın təşkilatçıları Avstraliya hökumətinin ölkəyə gələn şəxslər üçün 14 günlük məcburi karantin tələbi səbəbindən problemlərlə qarşılaşıblar.

Qeyd edək ki, Formula 1 üzrə Avstraliya Qran Prisi 19-21 noyabr tarixlərində keçirilməli idi.


Müəllif: Teleqraf.com