19 Avqust 2014 15:05
2 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com professor Ədalət Tahirzadəyə istinadən Azərbaycan Cümhuriyyətinin (1918-1920) ilk bayrağının təsvir olunduğu xalçanın fotosunu və onun haqqındakə məlumatları təqdim edir.

Xalçanın yuxarısında və aşağısında ərəb əlifbası ilə bu iki beyt yazılıb:

Zikr edər cinn, mələk, həm insan:
Yaşasun dövləti-Azərbaycan.
Hürr, azadə yaşatsun hamunu,
Həmhüquq olsun ər ilə nisvan.

(Son misranın mənası belədir: erkək ilə qadın bərabər hüquqlu olsun).

Yuxarıdakı beytin altında tarix qeyd olunub: 1345. (Bu, miladi tarixlə 1926-cı il edir). Bayrağın üstündə “Azərbaycan bayrağı” yazılıb.

Bayrağın altında “Mir Fəsih” sözü oxunur. Bu, çox güman ki, şairin təxəllüsüdür.


Müəllif:

Oxşar xəbərlər