25 Sentyabr 2014 21:59
1 962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Mangalyaan (Mars Orbiter Mission) kosmik aparatı Marsdan ilk fotoçəkilişləri Yerə ötürüb. Bu barədə Hindistan Kosmik Araşdırmalar Təşkilatının Uçuşları İdarəedtmə Mərkəzindən (ISRO) bildirilib. Trend “İntefaks”-a istinadən məlumat yayır.

Çərşənbə günü Hindistan Marsın orbitinə ilk cəhddən peykin uğurla çıxarılmasına nail olan ilk ölkə olub. Peykin planetin narıncı səthinin və tünd dərinliklərin göründüyü 7,3 kilometr hündürlükdən çəkdiyi fotoşəkillər ISRO-nun Facebook və Twitter səhifələrində yerləşdirilib.

Mangalyaan Hindistanın başqa planetə endirilən ilk kosmik aparatıdır. Onun vəzifəsi Marsın səthinin və onun atmosfer tərkibinin öyrənilməsi, eləcə də Marsa sonrakı uçuşlar üçün texnologiyaların hazırlanmasıdır. Aparatın Marsın orbitində daha 6 aya yaxın fəaliyyət göstərəcəyi gözlənilir.

O, 2013-cü ilin noyabrında Benqal körfəzinin Şrixarikota adasındakı Satiş Dxavan adına Kosmik Mərkəzindən buraxılıb. KİV qeyd edir ki, missiya Hindistana 67 milyon dollara başa gəlib və Marsa buraxılan analoji aparatların ən ucuzu olub.

ISRO-nun gələcək planlarına 2017-ci və 2020-ci illər arasında Marsa çoxlu sayda elmi cihazların olduğu növbəti kosmik aparat göndərmək daxildir.


Müəllif:

Oxşar xəbərlər