13 Oktyabr 2015 14:50
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər zaman zövq oxşayan proqramları və operativ xəbərləri ilə milyonların rəğbətini qazanan "Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası" yeni mövsümdə bir ilkə imza atdı. Televiziyanın inzibati binasında “ATV qalereya” adlı sərgi salonu istifadəyə verilib.

Teleqraf.com-un xəbərinə görə, “ATV qalereya”nın açılışında qonaqları salamlayan "Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası"nın prezidenti Vüqar Qaradağlı bildirib ki, ATV bu addımla mədəniyyətin təbliğatı ilə yanaşı, təşkilatçılıq missiyasını da öz üzərinə götürüb.

Sərginin açılışında iştirak edən qonaqlar ATV-nin binasında sərgi təşkilni Azərbaycan mədəniyyətində əlamətdar hadisə kimi qeyd ediblər.

“ATV qalereya”da ilk sərgilənən əsərlər isə Etibar Aslanov və Mətanət Aslanovanın qrafik janrda ərsəyə gətirdikləri rəsmlərdir.

“Azərbaycan nefti: tarix və müasirlik” adlı tematik sərgidə əsərlərin əksəriyyəti kompüter qrafikası ilə hazırlanıb və Azərbaycanda neftçıxarmanın inkişaf tarixini əks etdirir.

Məlumat üçün bildirək ki, ATV bu təşəbbüsünü davam etdirəcək. Hər ay bir rəssamın əsərləri "ATV Qalereya"da sərgilənəcək.

Qeyd edək ki, rəssamlıqda kompüter qrafikası üslubu öz mənşəyini keçən əsrin 60-cı illərindən götürür. Bu üslubda çəkilən əsərləri sərgi formasında geniş aidutoriyaya təqdim edən ilk rəssam isə Etibar Aslanvov və Mətanət Aslanovadır.


Müəllif: