11 Sentyabr 2014 22:07
3 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc ulduz Mila Kunisin hamiləliyi müzakirə obyektinə çevrilib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, gənc ulduz sosial mediada ən çox müzakirə edilən hamilə qadın kimi tarixə keçib. Belə ki, Mila Kunisin fanataları onu "ən pinti və baxımsız hamilə ulduz" adlandırıblar.

Səliqəsiz görnüşü ilə magazin gündəmindən düşməyən Mila Kunis hətta pərəstişkarlarının təhqiramiz şərhlərinə tuş gəlib. Hamiləlik dövründə saçlarının bircə dəfə də daramamaqla ittiham olunan ulduz isə deyilənlərə heç bir münasibət bildirməyib.

Gənc ulduzun hamiləliyinin gündəmdən düşməməsi isə bəzi şərhçilər tərəfindən "İnsanlıq tarixinin ən uzun hamiləliyi" kimi qiymətləndirilib.

Dəniz Əliyeva


Müəllif: