Bir ayı, Benqal pələngi və şirin qeyri-adi dostluğu görənləri heyrətə salır.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Georgia ştatında "Nuhun Gəmisi" adlı heyvan qoruğunda illər əvvəl narkotik qaçaqmalçısından müsadirə olunan 3 heyvan saxlanılır.
Ay Balu, aslan Leo və pələng Şera Xan sığınacağa gətililəndə 2 aylıq olublar. Qoruğun həkimləri heyvanların yaralarını sağaldıb.
Qoruq rəhbərliyi balaları ayırmaq istəsə də sonradan fikirlərində imtina ediblər.
Həmin vaxtdan bəri bu 3 müxtəlif növ heyvan qardaş kimi birlikdə yaşayır.
Teleqraf.com həmin ayıların fotolarını təqdim edir:
Rüstəm