23 İyul 2015 11:24
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlunun doğum günüdür. Onun 49 yaşı tamam olur.

Rauf Arifoğlu 23 iyul 1966-cı ıldə Tovuzun Yuxarı Öysüzlü kəndində anadan olub. 1983-cü ildə həmin kəndin orta məktəbini qurtarıb. 1988-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə isə Qərb Universitetini bitirib. 1988-ci ildə milli-azadlıq hərəkatına qoşulub. 1989-cu ildə qeyri-formal olaraq “Birlik dərgisi”ni çap etdirib. 1989-cu ildə isə “Yeni Müsavat” qəzetinin əsasını qoyub. Eyni zamanda, Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasını (AMDYMP) yaradıb. 1992-ci ildə isə AXC rəhbərliyindən olan bir neçə şəxslə Müsavat Partiyasını bərpa ediblər və AMDYMP Müsavata birləşib. Müxtəlif vaxtlarda Müsavatın Divan üzvü, başqan müavini olub. Bu il iyulun 15-də partiya üzvlüyündən çıxıb. İyirmi altı ildir “Yeni Müsavat”ın baş redaktorudur. Evlidir, 3 övladı var.

"Gündəlik Teleqraf" qəzeti və "Teleqraf.com" saytının kollektivi Rauf Arifoğlunu ad günü münasibəti ilə təbrik edir, ona can sağlığı və uğurlar arzulayır.


Müəllif: