Türkiyəli müğənni Tarkan sevənləri ilə görüşə gəlib.
ANS PRESS-in məlumatına görə, türkiyəli pop müğənni, meqastar Tarkan ötən gün gecə İstanbulun Harbiyə Açıq Hava Teatrında ard-arda verdiyi 9-cu konsertlə tarixə düşüb.
Səhnəyə çıxan Tarkan 10 dəqiqə dayanmadan özünəməxsus rəqs nümayişi ilə pərəstişkarlarını yerlərində coşdurub.
Məşhur müğənni rəqsdən sonra üzünü sevənlərinə tutaraq rəqqas olmadığını, lakin rəqsi çox sevdiyini vurğulayıb.
Konsertdə bir sıra sənət nümayəndələri, tanınmış iş adamları da iştirak ediblər.