Azərbaycanda Milli Məclis tərəfindən qəbul edilmiş növbəti Amnistiya Aktı 15 saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub.
Teleqraf.com-un xəbərinə görə, akta uyğun olaraq 10 məhkum azadlığa çıxıb. Müalicə müəssisəsindən isə 3 nəfər sərbəst buraxılıb.
Azadlığa buraxılanlar ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, bu gün Azərbaycanda Milli Məclis tərəfindən qəbul edilmiş növbəti Amnistiya Aktının icrasına başlanılıb.
Hacı İsmayılov