"Racing Engineering" komandasının fransız pilotu Norman Nato Bakıda GP2 avtomobil yarışının praktiki sessiyasının yekunu üzrə ən yaxşı nəticə göstərib.
Teleqraf.com xəbər verir ki, onun nəticəsi 1:55.394 olub. Sonrakı yerləri, müvafiq olaraq, "Prema Racing" komandasının italiyalı pilotu Antonio Covinatsi (1:55.719), ART komandasının rusiyalı pilotu Sergey Sirotkin (1:56.093) tutublar.
GP2 seriyası üzrə birinci test yarışı artıq başa çatıb.
İkinci test yarışına saat 15:00-da start veriləcək.