29 İyun 2016 10:40
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İyunun 28-də ABŞ-ın Karnegi Fondunun Tbilisidə təşkil etdiyi “Qafqaz regionunda geosiyasi dəyişikliklər” mövzusunda konfransın ilk günündə çıxış etdikdən sonra daha qısa zamanda Bakıya qayıtmağı düşünürdüm. Konfransın 2 günlük olmasına baxmayaraq təşkilatçılar mənim iyunun 29-u səhər Bakıda olmağımı təmin etmək üçün İstanbul üzərindən bilet almışdılar. Gürcüstanın müdafiə nazirinin də qatıldığı şam yeməyindən sonra Tbilisi hava limanına gələrək İstanbula uçuşumuza başladıq. Təyyarəmız İstanbul Atatürk Hava Limanına eniş üçün hazırlaşan zaman bəlli oldu hava limanında terror hadisəsi baş verib”.

Teleqraf.com-un xəbərinə görə, bunu iqtisadçı Vüqar Bayramov bildirib.

V.Bayramov əlavə edib ki, onlar Ankaraya uçmaq durumunda qalıblar: “Təyyarəmiz İstanbula eniş edə bilmədiyindən Ankaraya uçmaq məcburiyyətində qaldı. Biz İstanbula eniş edə bilməyərək Ankara Hava Limanına gələn ilk sərnişinlər olduq. Artıq Ankaradayıq. Bakıya nə zaman və necə gedəcəyimiz bəlli deyil. Nə zəhmətimiz, nə də yeni uçuşla bağlı bilgisizlik problem deyil. Üzücü olan terror saldırısında günahsız insanların həyatlarını itirmələridir. Bunun qardaş Türkiyədə baş verməsi daha da çox üzün yaradır. Terroru lənətləyərək həyatını itirənlərə Allahdan rəhmət diləyirəm”.

Bəkir


Müəllif:

Oxşar xəbərlər