İstanbulun Atatürk Hava Limanında baş vermiş ağır terror hadisəsi ilə bağlı Beynəlxalq Diaspor Mərkəzinin (BDM) rəhbərliyi bu gün Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib.
Teleqraf.com xəbər verir ki, öncə səfirliyin önünə gül dəstələri qoyularaq terror qurbanlarının xatirəsi yad edilib.
Daha sonra BDM sədri İsmayıl Ağayev və onun birinci müavini Samir Adıgözəlli səfirlikdə açılmış başsağlığı dəftərini imzalayıblar: “Qardaş Türkiyədə baş vermiş terror aktı bu günədək dünyada olan ən dəhşətli terror hadisələrindən biri, təkcə Türkiyəyə deyil, bütün bəşəriyyətə və insanlığa qarşı yönəlmiş ağır cinayətdir.
Azərbaycan bir daha bütün toplumu ilə birlikdə qardaş Türkiyənin yanında olduğunu, terroru lənətlədiyini və hər cür dəstəyə hazır olduğunu bildirib. Baş vermiş faciə bütün azərbaycanlıları dərindən sarsıdıb. Terror nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik. Tanrı Türkiyəmizin yardımçısı olsun, türk dünyasının başı sağ olsun”.
Səxavət