Fransanın Nitsa şəhərində törədilən terror aktı nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Bu barədə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.
Qeyd edək ki, bu gecə Nitsa şəhərində terror aktı törədilib. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar.
Ölənlərin sayı 84 nəfərə çatıb. (“Trend”)